İcra başçısı şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib

İcra başçısı şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun ailəsində olub, atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Elşad kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Elşadın keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, Elşad Abbaszadə 1993-cü ilin 14 iyulunda Kəngərli kəndində anadan olub. 2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə qayıdıb.
Elşad Abbaszadə tağım komandiri olub. Özü də gözəl pulemyotçu idi. O, 2016-cı il martın 25-də qoşunların təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olub. Elşad Abbaszadənin şəhid olmasından 7 gün sonra, aprelin 2-sində Azərbaycan-Ermənistan təmas xəttində 24 ildən sonra tariximizin ən qanlı atışmalarından biri, Aprel döyüşləri başlayıb.
Ölümündən sonra Elşad Abbaszadə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Elşad Abbaszadə doğma kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Elşadın atası Raquf kişi Qarabağ müharibəsi veteranıdır. O, deyir ki, Elşad deyirdi ki, sizin başa çatdıra bilmədiyiniz işləri biz Qələbə ilə başa çatdıracaq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Azərbaycanın Elşad kimi igid oğulları Ali Baş Komandanın rəhbərliyi ilə Elşadın arzusunu yerinə yetidilər. Ölkə rəhbəri öz əlləri ilə Azərbaycan Bayrağını İşğaldan azad edilmiş, terrorçulardan təmizlənmiş Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə dalğalandırdı
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!


İcra başçısı şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
İcra başçısı şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
İcra başçısı şəhid Elşad Abbaszadənin atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...