Strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq

Strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq


Azərbaycanın strateji valyuta ehtiyatları 40 mlrd. ABŞ dollarına bərabərdir.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi səbəbindən xərclərimiz gəlirlərimizi ödəmir. E. Rüstəmov əlavə edib ki, neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmadığından büdcə xərclərində qənaət edilməsi vacibdir: "Bu gün bizim strateji valyuta ehtiyatlarımız 40 milyard dollardır. Bu, sabitlik komfortudur. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyil ki, bu nə qədər davam edəcək. Buna görə, strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...