Naxçıvanda nazir əvəzi qanunsuz əmrlərlə bu şəxsləri vəzifəsindən azad etdi

Naxçıvanda nazir əvəzi qanunsuz əmrlərlə bu şəxsləri vəzifəsindən azad etdi
Dünən Şərur və Kəngərli Rayon Mərkəzi xəstəxanalarının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimləri vəzifələrindən azad ediliblər. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Samıq Sadıxov bu barədə əmrlər imzalayıb.

TNS xəbər verir ki, nazir müavininin bu əmrləri qanunsuzdur. 28 iyul 2023-cü il tarixdə imzalanan fərmanla “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılıb. Həmin tibb müəssisələri də bu publik hüquqi şəxsin tabeliyinə verilib. Yəni, bu xəstəxanaların Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Naxçıvanın səhiyyə naziri vəzifəsini icra edən şəxs isə əmrlə baş həkimləri vəzifəsindən azad edib. Tabeliyində olan müəssisələr barədə məlumatı olmayan, qanunsuz əmrlər imzalayan nazir müavini barədə ciddi tədbir görülməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...