Neft Fondu 7 milyard dollardan çox gəlir əldə edib

Neft Fondu 7 milyard dollardan çox gəlir əldə edib


Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ötən il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 7,223 milyard ABŞ dolları həcmində vəsait əldə edib.

Fonddan Virtualaz.org saytına bilrildiyinə görə, sözügedən məbləğin 6,9 milyard dolları AÇG-dən mənfəət neftinin, 323 milyon dolları isə “Şahdəniz” yatağından qazın satışının payına düşüb. 2001-ci ildən 2016-cı ilin yanvar ayının 1-dək AÇG-dən 117 mlrd. dollar, 2007-ci ildən isə "Şahdəniz" yatağından 2,4 milyard dollar vəsait əldə olunub. SOFAZ-dan qeyd olunub ki, vəsaitlərin idarə edilməsindən 2001-ci ildən ötən il dekabrın 31-dək 3,6 milyard dollar gəlir əldə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...