Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev vəfat edib

Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Aman Tuleyev vəfat edib
Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tulayev 80 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Tsivilev məlumat verib.

"1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat etdi. Bu, ağır itkidir. O, çətin vaxtlarda vilayətə rəhbərlik edib".

Xatırladaq ki, A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...