Canni De Byazi yenə milli komandada işləmək istəyir

Canni De Byazi yenə milli komandada işləmək istəyir
Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi daha bir yığmada işləmək istəyir.

"Report" xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə "Sky Sport 24" nəşrinə açıqlama verib.

İtaliyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib: "Belə bir variant var. Ümid edirik ki, o, reallaşacaq. Amma müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm".

Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...