Türkiyədə ard-arda iki zəlzələ oldu

Türkiyədə ard-arda iki zəlzələ oldu
Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumatına görə, yerli vaxtla saat 17.46-da (Bakı vaxtı ilə 18:46) Battalgazi mahalının mərkəzində baş verən zəlzələ yerin 6,9 kilometr dərinliyində baş verib.
5,2 bal gücündə zəlzələdən sonra saat 17,49-da 4,7 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
İlkin məlumata görə, zəlzələdə dağıntı və xəsarət alanlar yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...