Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv edib

Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv edib
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının V turunun İranın “Persepolis” komandası ilə oyununda hakim səhvini düzəldib.

“Report” xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Matçın 2-ci dəqiqəsində Ronaldu rəqibi ilə qarşılaşdıqdan sonra cərimə meydançasında yıxılıb. Hakim dərhal penalti təyin edib, lakin Kriştianu rəqibinin qaydaları pozmadığına işarə etməyə başlayıb.

Portuqaliyalı bu barədə hakimə məlumat verib, bundan sonra VAR penaltini ləğv edib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə heç-heçə başa çatıb. Matçın 17-ci dəqiqəsində “Əl-Nəsr”ın müdafiəçisi Əli Əl-Avcami qırmızı vərəqə alıb. Oyunun 52-ci dəqiqəsində VAR "Persepolis"in futbolçusunun qolunu oyundankənar vəziyyətə görə qəbul etməyib. E qrupunun turnir cədvəlinə 5 oyundan 13 xalla “Əl Nəsr” başçılıq edir. “Persepolis” 8 xalla ikinci yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...