Budanovun həyat yoldaşı və Ukrayna kəşfiyyatının bir neçə əməkdaşı zəhərlənib

Budanovun həyat yoldaşı və Ukrayna kəşfiyyatının bir neçə əməkdaşı zəhərlənib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova zəhərlənib.
Yeniavaz.com “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə idarədəki mənbələrdən bildiriblər.
“Budanovun həyat yoldaşının zəhərlənməsi haqqında məlumat doğrudur. O, özünü pis hiss etməsindən şikayət edib, buna görə, analizlər aparılıb, nəticədə zəhərlənmə faktı qeydə alınıb”, - məlumatda deyilir.
Bildirilib ki, o, artıq yaxşıdır və müalicəsinin birinci mərhələsini başa vurub.
Məlumata görə, Budanovun həytat yoldaşı çox güman ki, qidadan zəhərlənib.
Digər tərəfdən, Marianna Budanova ilə yanaşı, kəşfiyyat idarəsinin daha bir neçə əməkdaşında da zəhərlənmə qeydə alınıb.
“Marianna Budanova ilə müqayisədə onlarda simptomlar daha az müşahidə olunub. Onlar özlərində ağır əlamətlər hiss etməyiblər və hazırda müalicə olunurlar”, - məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...