İsrail yenidən Kürdüstan dövlətinin yaradılmasına çağırıb

İsrail yenidən Kürdüstan dövlətinin yaradılmasına çağırıb


Dünya birliyinə müraciət edərək İsrail yenidən kürdlərin öz dövlətini yaratmaq haqlarının tanınmasına çağırıb. Bunu xəbər İsraildə dərc olunan “Kursor” nəşrində yayımlanıb. İsrailin ədliyyə naziri Ayelet Şaked milli təhlükəsizlik forumunda çıxış edərək, kürdlərin Türkiyə və İraqla həmsərhəd ərazilərə iddialarını dəstəkləyib.

Bununla yanaşı, nazir xanım terrorçuluğun kəskin şəkildə artması ilə əlaqədar beynəlxalq hüquq normalarının dəyişdirilməsinin labüdlüyünü bildirib. Şaked deyib: “Hazırda sərhədlər silinib, mülki vətəndaşı terrorçudan ayird etmək qeyri-mümkündür”.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu 2014-cü ildə ilk dəfə müstəqil Kürdüstan dövlətinin yaradılması ideyasını aşıq şəkildə dəstəkləmişdi. O zaman Netahyahu bildirmişdi ki, kürdlərin müstəqilliyə can atmasını islamçıların zəifləməsi xatirinə dəstəkləmək lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...