Ağ Ev: "ABŞ Ukraynaya hərbi yardım göndərmək imkanını itirə bilər"

Ağ Ev: "ABŞ Ukraynaya hərbi yardım göndərmək imkanını itirə bilər"
Gələn ilin yanvarından ABŞ Konqresi bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası Ukraynaya yeni silah paketləri göndərmək imkanını itirəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonda "The Wall Street Journal"ın təşkil etdiyi forumda deyib.

Onun sözlərinə görə, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək: “Beləliklə, yanvar ayından etibarən bizim artıq Ukraynaya silah göndərmək və sonra öz ehtiyatlarımızı artırmaq üçün vəsaitimiz olmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...