Azərbaycan yumurta istehsalını azalıb
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
“2015-ci ildə qarğıdalı da daxil olmaqla 2 999 min ton taxıl, 839,8 min ton kartof, 1 273,3 min ton tərəvəz, 35 min ton pambıq, 886,3 min ton meyvə və giləmeyvə, 484,5 min ton bostan məhsulları, 157 min ton üzüm, 186,1 min ton şəkər çuğunduru,18,9 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 578,9 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17 min ton yun istehsal olunub.
2014-cü illə müqayisədə ət istehsalı 2% ,süd istehsalı 3,7%, yun istehsalı 1,4% artıb, yumurta istehsalı isə 1,5% azalıb.
İlkin məlumatlara gorə 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2 708,5 min bas iribuynuzlu mal-qara, o cümlədən 1 303,1 min baş inək və camış, 8 674,8 min baş qoyun və keçi movcud olub.
2015-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 11 min baş (0,4%), o cumlədən inək və camışların sayı 3,9 min baş (0,3%), qoyun keçiilərin sayı 29,4 min bas (0,3%) artıb”, - deyə komitədən qeyd edilib.
Komitədən həmçinin bildirilib ki, bu dövrdə bitkişilik məhsulları istehsalının 11,3%,heyvandarlıq məhsulları istehsalının 2,5% artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki illə müqayisədə 6,6% təşkil edib.
1 026 dəfə oxundu