Respublika stadionundan yıxılan fəhlə xəstəxanada öldü

Respublika stadionundan yıxılan fəhlə xəstəxanada öldü
ofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün baş verib.

Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib. Həmin zaman şirkətin fəhlələrindən biri yıxılaraq xəsarət alıb.

Stadionun direktoru Tələt Məmmədov “Qafqazinfo”ya açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib: “Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hekken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

***

Əldə etdiyimiz son məlumata görə, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...