Azərbaycan musiqisinə görə restoran bağlandı

Azərbaycan musiqisinə görə restoran bağlandı
Təbrizin Xosrovşah qəsəbəsində fəaliyyət göstərən restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarını pozduğuna görə bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Təbrizin polis rəisi Yədulla Cahanara bildirib.

O, restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib, bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu söyləyib.

Qeyd edək ki, cari ildə oxşar ittihamlara görə İranda 3 minə yaxın obyektin fəaliyyəti qadağan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...