Vidadi Zeynalovun ailəsi 45 milyonluq əmlakı geri istəyir
Sabiq məmurun geri almağa çalışdığı əmlakların siyahısında nələr var?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib.
“Qaynarinfo”nun məlumatına görə, keçmiş aparat rəhbərinin oğlanları Pərviz və Zeynal Zeynallı, qızı Lalə Zeynalova və xanımı Natavan Zeynalovanın iddia tələbi əmlakla bağlıdır. İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Məhkəmə çəkişməsi hazırda apelyasiya mərhələsindədir. Apelyasiya şikayətini Vidadi Zeynalovun ailə üzvləri verib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Elşən Kazımov iş üzrə hakim təyin edilib.
Vidadi Zeynalov 2015-ci ilin oktyabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Keçmiş aparat rəhbəri 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalov 2019-cu ildə azadlığa buraxılıb.
Qeyd edək ki, Vidadi Zeynalov bu ilin əvvəlində də əmlakları ilə bağlı məhkəmə davası açmışdı. Məsələ ictimailəşəndən sonra isə o, şikayətini geri götürmüşdü. O zaman “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıran Vidadi Zeynalov iddia etmişdi ki, o, apelyasiya şikayəti verməyib. Şikayəti onun övladları verib: “Mən apelyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın”.
Sabiq aparat rəhbəri demişdi ki, Yevlaxda yaşayır, şikayəti verən də qızıdır: “Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda. Onda bizi buradan da çıxartdılar, qaynımın evində gedib qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu. Yevlaxdakı evimizi Ali Məhkəmə ”stop"dan çıxardı. Çünki atam 1926-cı ildə həmin evdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə. Qızımın əri qoyub çıxıb getdi ki, evimizi-eşiyimizi aldılar əlimizdən. Onlar da vəkil tutub şikayət yazıblar. Mən də heç qarışmıram, getmirəm də, gəlmirəm də..."
Vidadi Zeynalov demişdi ki, övladlarından biri o, vəzifədən çıxarılarkən “Narxoz”da “meskom” olub: “Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər "can" deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır".
Vidadi Zeynalov barəsindəki cinayət işinin materiallarında müsadirəyə götürülən əmlaklarının dəyərinin 45 milyon manat olmasına, əmlakın alındığı pulun mənbəyi haqda suala belə cavab vermişdi: “Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişirdiblər, şou yaradıblar”.
Vidadi Zeynalov həbs edilərkən rəhbəri olmuş keçmiş rabitə naziri Əli Abbasovla münasibətlərinin olmadığını da açıqlamışdı. Demişdi ki, sabiq nazirlə heç görüşmür, görüşmək də istəmir: “Özü dəfələrlə belə cəhdlər edib, lakin mən görüşməmişəm, demişəm ki, sağ ol”.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələri haqda bunları demişdi: “Onu bizə qatmayın. Onun bizə nə aidiyyəti var? Ümumiyyətlə, heç bir işimiz olmayıb onlarla. Sadəcə, bizim işimiz gəlib onlarla bir yerə düşdü. Bir tanıdığı adam bizimlə bir işləyirdi. Bu gün küçədə-bayırda Eldar Mahmudovla üz-üzə gəlsəm, onu tanımaram. Mən heç vaxt Eldar Mahmudovla görüşməmişəm”.
2023-cü ilin yanvarında aldığımız müsahibədə son sual Bakı Apelyasiya Məhkəməsindən gözləntiləri ilə bağlı idi. Vidadi Zeynalov “məhkəmə nə qərar istəyir versin” demişdi. Ardından isə apelyasiya şikayətini geri götürmüşdü.
Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır
Yenidən Bakı Apelyasiya Məhkəməsinə üz tutmasının səbəbləri ilə bağlı Vidadi Zeynalovla əlaqə saxlamağa çalışdıq. İsrarlı zənglərimizə baxmayaraq, telefonu açmadı.
Vidadi Zeynalovun geri almağa çalışdığı əmlakların siyahısında Nərimanov rayonunda ümumi dəyəri 21 milyon olan qeyri-yaşayış sahəsi və evlər var. Daha iki mənzil Xətai rayonundadır ki, onların da toplam dəyəri 650 min manatdan çoxdur. Yasamal rayonundakı 5 mənzili də geri istəyirlər ki, onların da toplam dəyəri 700 min manatdan çoxdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (Zeynalova Lalə Vidadi qızının adına) dəyəri isə 2 milyon 45 min manatdır. Qaradağ rayonu, Səngəçal və Şanqar qəsəbəsində iki torpaq sahəsinin (Zeynallı Pərviz Vidadi oğlunun adına) dəyəri 1 milyon 600 min manatdan çoxdur. Bundan başqa, Qəbələ rayonu Bum kəndində 300 min manatadək torpaq sahələri də geri istənilən əmlaklar sırasındadır. İsmayıllı rayonunda 8 müxtəlif torpaq sahələri də Zeynalovların əmlakları sırasındadır. Üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri isə 43 milyon 489 min 537 manat təşkil edir.
355 dəfə oxundu