Ağdamdan Xankəndiyə qatarla nə vaxt gedəcəyik? - VİDEO

Ağdamdan Xankəndiyə qatarla nə vaxt gedəcəyik? -
Yaxın gələcəkdə Ağdama daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialından tam istifadə ediməsinə imkan yaradacaq.

Gundeminfo.az-ın məlumatına görə, artıq Bakı-Xankəndi dəmir yolunun Bərdə - Ağdam hissəsinin çəkilişi başa çatıb.

2024-cü ildə isə Xankəndiyə dəmir yolu xətti çəkiləcək.

Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov bildirib ki, Ağdam şəhərində daxili yolların uzunluğu 200 km-ə yaxındır:

“Burada geniş, altı-səkkiz zolaqlı prospektlər var. Tarixi-mədəni mərkəz hissəsi beş yaşayış kompleksindən, açıq səma altında İşğal Zəfər Muzeylərindən, İmarət Kompleks Sarayından, Cümə Məscidindən və İnzibati mərkəzdən ibarətdir. Şəhərin mərkəzi hissəsinin hazır olması ilə yanaşı, bu hissələri əhatə edən daxili yol komunikasiya şəbəkəsi də qrafikdə göstərilmiş zamana uyğun olaraq hazır edilib təhvil veriləcək”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...