“L'Oreal”ın varisi 100 milyard dollar sərvəti olan ilk qadın oldu

“L'Oreal”ın varisi 100 milyard dollar sərvəti olan ilk qadın oldu
“L'Oreal” kosmetik brendin varisi Fransua Betankur Mayers dünyada 100 milyard dollara çatan ilk qadın olub.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” Milyarderlər İndeksinə görə, onun sərvəti bu gün 100,2 milyard dollara yüksəlib.
Bildirilir ki, buna babası tərəfindən 1909-cu ildə qurulan “L'Oreal”ın rekord yüksək səhm qiymətləri səbəb olub.
Qeyd edək ki, 70 yaşlı Fransua Betankur Mayers 268 milyard dollar dəyərində olan şirkətin sədr müavinidir. O və ailəsi səhmlərin 35%-nə sahibdir. Varis “Forbes” jurnalı tərəfindən 2021, 2022 və 2023-cü illərdə dünyanın ən zəngin qadını seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...