Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlar fonunda təmkinli olmağa çağırıb

Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlar fonunda təmkinli olmağa çağırıb
Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərlə əlaqəli hədəflərə endirdiyi hava zərbələri işığında təmkinli olmağa və “eskalasiyadan çəkinməyə” çağırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ər-Riyad vəziyyəti yaxından və “böyük narahatlıqla” izləyir.

“Krallıq naviqasiya sərbəstliyinin beynəlxalq tələb olduğu Qırmızı dəniz regionunda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulasa da, hadisələr fonunda təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırır”.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...