“Ölkədə yüzminlərlə işsizin olduğunu demək doğru deyil” – Natiq Cəfərli
Gənclərin işlə təmin olunması ən aktual problemlərdən sayılır. Xüsusilə ali savadlı gənc kadrların iş tapa bilməməsi cəmiyyətimizi narahat edən başlıca mövzulardandır.
Bəs çıxış yolu nədir? Problemin köklü həlli üçün hansı addımlar atılmalıdır?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı KONKERT.az-a açıqlamasında bildirib ki, ölkədəki işsizliklə bağlı rəsmi statistika real vəziyyətə adekvat deyil:
“Rəsmi statistikada işsizlik səviyyəsi 5,5-,5,6 faiz göstərilir. Reallıq isə tamamilə fərqlidir. Amma bu, o demək deyil ki, ölkədə yüzminlərlə işsiz var. Xeyr! Səbəb isə odur ki, əmək bazarında rəsmi qeydiyyatdan keçməyən müvəqqəti iş yerləri çoxluq təşkil edir. İnsanlar müvəqqəti iş tapa və qeydiyyatsız işləyə bilirlər”.
Ali savadlı kadrların işsizlik probleminə də toxunan ekspert bunları deyib:
“Ali savadlı gənc kadrların işsizlik probleminin mövcudluğu danılmaz faktdır. Səbəblərdən biri odur ki, universitetlərin sayı çoxdur, onların yetişdirdiyi mütəxəssislərə tələb isə minimum səviyyədədir. Bu gün əmək bazarında iş axtaranlar əsasən ali təhsilli mütəxəssislərdir. Bu qəbildən olan gənclərin işlə təmin olunmasında məşğulluq mərkəzlərinin də məsuliyyəti az deyil. Adıçəkilən qurum insanları öz ixtisaslarına uyğun sahələrə yönəltməlidir. Son illər müşahidə olunan “beyin köçü”- savadlı kadrların Avropa ölkələrinə axını isə müvafiq qurumlardan məsələyə köklü yanaşma sərgiləmək tələb edir”.
239 dəfə oxundu