“Çörəkpulu”nun kəsilməsi ilə bağlı “Qaçqınkom”dan AÇIQLAMA

“Çörəkpulu”nun kəsilməsi ilə bağlı “Qaçqınkom”dan
Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq.

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”. – deyə komitədən bildirilib.

Sözügedən qərarın daimi yaşayış yerinə qayıtmaqdan imtina edən məcburi köçkünlərə aid edilməsi çoxsaylı suallar doğurub və müzakirələrə səbəb olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yenisabah.az-a bildirilib ki, daimi yaşayış yerinə köçməsindən asılı olmayaraq, 3 illik müavinət hər bir məcburi köçkünə şamil olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...