Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə yad edilib
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlu 35-ci doğum günündə yad edilib. Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak edib. İştirakçılar Fəxri Xiyabanda vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət edib, tər güllər düzərək ruhlarına dualar oxuyublar.
Şəhid V.Eyvazovun ailə üzvləri ilə görüşən RİH başçısı Abdin Fərzəliyev ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və“Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Eyvazov Vüqar Eyvaz oğlu da həmin qəhrəmanlardan biri olub. V.Eyvazovun da böyük şücaət göstərdiyi antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyün tam təmin edilib.
Şəhid V.Eyvazovun ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
272 dəfə oxundu