Serbiyalı politoloq: “Azərbaycan Ermənistana siyasi empatiya baxımından yanaşır”

Serbiyalı politoloq: “Azərbaycan Ermənistana siyasi empatiya baxımından yanaşır”
Regiondakı hər bir müşahidəçi üçün tamamilə aydındır ki, Azərbaycan həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” layihələri boyunca ticarət əlaqələrində, beynəlxalq enerji bazarında və infrastruktur sahəsində əvəzolunmaz rol oynayacaq.

Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç deyib.

Ekspert hesab edir ki, Bakının logistika marşrutlarının yaradılmasında İrəvanı nəzərə almamaq imkanının olmasına baxmayaraq, Azərbaycan Ermənistanı regional əhəmiyyətli layihələrin, o cümlədən Orta Dəhlizin bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizinin bir parçasına çevirmək perspektivini seçir:

“Fikrimcə, Azərbaycan rəhbərliyi çox yaxşı anlayır ki, yoxsul, üz döndərilmiş və alçaldılmış ölkələrdə radikal ideologiyaların yayılması üçün şərait yaranır və bu onları gələcəkdə regional təhlükəsizliyə təhdid mənbəyinə çevirir”.

S.Antiç qeyd edib ki ki, Azərbaycan Ermənistana “siyasi empatiya” ilə yanaşır:

“Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdiyindən bəri Azərbaycan rəhbərliyi qalib tərəfin uzunmüddətli və davamlı sülhə gətirib çıxara biləcək variantları ayıq-sayıq qiymətləndirməsinin nə qədər vacib olduğunu başa düşür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...