Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü – FOTO

Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü –
Fevralın 12-də Azərbaycanla şərti sərhəddə baş verən atışmadan əvvəl öldüyü deyilən erməni əsgərin qətlə yetirildiyi məlum olub.

Globalinfo.az xəbər verir ki, Nerkin-And kəndi istiqamətində mövqelər quran “Yerkrapa” hərbi birləşməsinin Qor Razmiki Asatryan adlı hərbçisinin könüllü yoldaşı tərəfindən öldürüldüyü müəyyənləşib.

Hadisə fevralın 12-də sözügedən istiqamətdə Azərbaycan sərhədçiləri ilə qarşıdurmadan öncə yaşanıb. Belə ki, “Yerkrapa” üzvü T.K. çarpayıda uzanmış Asatryanın boyun nahiyəsinə ağır zərbələr endirib, nəticədə ikinci yerindəcə ölüb.

Digər versiyada isə 40 yaşlı Asatryanın güllələndiyi qeyd edilir.

Məlumata görə, onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. həbs edilib.

Xatırladaq ki, fevralın 13-də Azərbaycan-Ermənistan sərhədində atışma olub. Nəticədə bir erməni postu və 4 əsgəri məhv edilib. Daha bir əsgərin əvvəlcə atışma nəticəsində, sonra ürək tutmasından öldüyü bildirilsə də, yekunda qətl faktı üzə çıxıb.

Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...