Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionu 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...