Avropa 500 avroluq əskinasdan imtina edə bilər

Avropa 500 avroluq əskinasdan imtina edə bilər


Avropa fırıldaqçılıqla mübarizə idarəsinin (Olaf) başçısı, italiyalı prokuror Covanni Kessler təklif edib ki, 500 avroluq əskinaslar tədavüldən çıxarılsın. Virtualaz.org saytı Deutsche Welle agentliyinə istinadən xəbər verir ki, bu addım fırıldaqçıların və rüşvətxorların işini xeyli çətinləşdirərdi.

2015-ci ildə Avropa Birliyi ölkələrində rekord sayda – 899 min ədəd saxta əskinas aşkar edilib. Bunların böyük əksəriyyəti nominalı 20 avro olan əskinaslardır. O ki qaldı ən yüksək nominala malik 500 avroluq kağız pullara, qərb ekspertlərinin fikrincə, bunlar “yalnız cinayətkarlara, rüşvətxorlara və vergidən yayınan şəxslərə” lazımdır. Avropa Mərkəzi Bankı bu təklifi şərh etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...