Deputat: "Deyirlər ki, ada dövlətləri üçün fond yaradılır, "uşaqpulu" fondu nə vaxt yaradılacaq?"

Deputat: "Deyirlər ki, ada dövlətləri üçün fond yaradılır, "uşaqpulu" fondu nə vaxt yaradılacaq?"
“Heç kimə sirr deyil ki, beynəlxalq hüquq özünün ən ağır, mürəkkəb dövrünü dövrünü yaşayır. Faktiki olaraq beynəlxalq hüquq işləmir. Bu gün hüququn gücü yox, gücün hüququ işləyir. Bütün bu reallıqlar fonunda Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən dövlətdir. Digər dövlətlərdən də eyni yanaşmanı gözləyir, beynəlxalq aləmdə haqq-ədalətin carçısı kimi imicə malikdir. Eyni məntiqlə Azərbaycan Qoşulmama Hərəkatına 4 il müddətində sədrlik etdi. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin yeni müstəmləkəçilikdən nə qədər əziyyət çəkdiklərinin fərqindədir. İmkanları daxilində bu dövlətlərin müstəmləkə əleyhinə siyasətini dəstəkləyir, çünki müstəmləkəçilik bəşəriyyət üçün ən ağır cinayətdir. Azərbaycan dövləti xüsusilə Sakit okeandakı ada dövlətlərinə dəstək məqsədilə fond yaradılması ideyasını irəli sürüb. Bu istiqamətdə işlər gedir. Təkrar edirəm ki, bu, bəşəriyyət üçün ən dəhşətli cinayətlərdən biri olan müstəmləkəçilik və neokolonializm siyasətinə qarşı mübarizəmizin mühüm tərkib hissəsidir. Beynəlxalq aləmdə də çox müsbət qarşılanır. Azadlıq uğrunda mübarizə aparan xalqlar Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirirlər. Fərqindəyik ki, anti-Azərbaycan dairələr, onların içimizdəki əlaltıları müxtəlif yollarla mühüm təşəbbüslərə qarşı çıxış edir, cürbəcür spekulyasiyalara əl atırlar. Ada dövlətləri üçün fond yaradılması ətrafında “niyə Azərbaycanda “uşaqpulu” fondu yaradılmır?” kimi iddialarla çıxış edirlər”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Hər kəs bilir ki, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Cənab Prezidentin sözləridir ki, Azərbaycan sosial dövlətdir və biz bunu sözdə deyil, əməli addımlarımızla da təsdiq edirik. Nəzərə alsaq ki, 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahatlar paketi icra olunub. Bu paket 4 milyondan çox insanı əhatə edir. Söhbət 7 milyard manatdan artıq məbləğdən gedir. Parlamentdə də “uşaqpulu” ilə bağlı müzakirələr aparılır. Mən də təkliflər vermişəm ki, profil komitələrdən işçi qrupu formalaşdırılsın, konkret təkliflərlə çıxış etsin, büdcəmizin imkanları, uşaqların sayı, onlarla bağlı ödənişlər məsələsinə bir daha baxılsın. Bununla yanaşı, cəmiyyətdə elə fikir formalaşmasın ki, guya Azərbaycanda heç bir uşaq “uşaqpulu” almır, prosesdən kənarda qalıb. Bu, yanlış yanaşmadır. Faktların dili ilə həqiqəti söyləmək istəyirəm. 2023-cü ildə olan məlumata görə, ölkəmizdə 611 min uşağa sosial ödənişlər verilir. Bura 18 yaşadək əlilliyi olan şəxslər daxildir ki, onların sayı 50 min uşaqdır. Ailə başçısını itirmiş uşaqların sayı 166 minə gəlib çatıb. Aztəminatlı ailələrdən isə 160 min uşaq. 3 yaşadək uşağına qulluq edən, işləyən valideynlər. Burada isə 35 min uşaqdan söhbət gedir. 120 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. Şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların və müddətli hərbi xidmət qulluqçularının uşaqları. Söhbət 30 min uşaqdan gedir. 18 yaşınadək əllilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları. Buraya 50 min uşaq daxildir. Bütün bu kateqoriyadan olan uşaqlara il ərzində 650 milyon manat vəsait ödənilir. Uşaqlarla bağlı sosial ödənişlər də mütəmadi olaraq artırılır. Son 5 ildə qəbul edilən 4 sosial paket çərçivəsində də uşaqların sosial rifahı ilə bağlı addımlar atılıb. Məsələn, əlilliyi olan uşaqlar üçün sosial ödənişin məbləği 82 manat idi. İndi birinci dərəcə üzrə 7 dəfəyə qədər artım var. Onlar artıq 570 manat vəsait alırlar. İkinci dərəcə üzrə 4 dəfə artım var. 320 manat alırlar. Üçüncü dərəcə isə üç dəfədən çox artım var və həmin uşaqlar 250 manat vəsait alırlar. Bütün bunlar göstərir ki, "Azərbaycanda uşaqpulu yoxdur, uşaqpulu verilmir” kimi yanaşmalar düzgün deyil. Fikir verin, 7 kateqoriya üzrə nümunə gətirdim, artımlarla bağlı rəqəmləri səsləndirdim. Bəzən cəmiyyəti düzgün maarifləndirmirlər”, - deputat bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...