“Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan var” – Mirzoyan

 “Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan var” –
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində real imkandan danışıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Mirzoyan bu barədə ABŞ nümayəndə heyəti ilə görüşdə bildirib.
“Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan, tarixi məqam var, onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”, - nazir qeyd edib.
Nazirin sözlərinə görə, Ermənistan həm də suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsi layihəsi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazır olduğunu bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...