“İçəridə dayana bilmirəm, məni buraxın, Qarabağa gedim”
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda eks icra başçısı son sözünü deyib.
Əvvəl də məlumat verdiyimiz kimi, sabiq icra başçısı ilk gündən əməllərini etiraf edib, özünü təqsirli bilib.
7 il icra başçısı işləmiş Alimpaşa Məmmədov son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini, hansısa şərtlə azadlığa buraxılmasını xahiş edib. O, xahişini iş üzrə dəymiş ziyanın ödənilməsi, şikayətçinin olmaması ilə əlaqələndirib. A.Məmmədov azadlığa çıxmaq istəməsinin əsas səbəbi kimi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etmək arzusu ilə əlaqələndirib:
“Mən 3 ildən çoxdur həbsdə yatıram. İşləyən adamam, içəridə dayana bilmirəm. Ən əsası isə Qarabağda aparılan quruculuq işlərində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni buraxın, azad olunmuş ərazilərin yenidən dirçəlməsinə faydam olsun. Vəssalam! Son sözüm bundan ibarət idi”.
Məhkəmə hökmün iki gün sonra-bazar ertəsi elan ediləcəyini bəyan edib.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Sabiq icra başçısı korrupsiya cinayətlərində ittiham olunur.
Əvvəlki iclasda prokuror ona 13 il həbs cəzası tələb edib.
267 dəfə oxundu