İcra başçısı şəhid ailəsini ziyarət etdi
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib.
Gundeminfo.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Salahov Nizami Xansuvar oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar. Görüşdə Birinci Qarabağ Müharibəsi Şəhidi Allahverdiyev Mayıl İdris oğlunun həyat yoldaşı Qəribova Çimnaz Əli qızı, Vətən Müharibəsinin mülki şəhidləri Abbasov Xaliq və Elşənin atası Abbasov Asif Misir oğlu, Azərbaycan Bayrağı ordenli, Vətən Müharibəsi qazisi Salahov Elnur Elburus oğlu da iştirak ediblər.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Salahov Nizami 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kolxozunda kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Evli idi. Aygün, Laləzər adlı iki qızı və Nurəddin adlı bir oğlu var. Poladlı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
183 dəfə oxundu