Evdə də işləyən ailəli qadınlar daha tez pensiyaya çıxa biləcək?

Evdə də işləyən ailəli qadınlar daha tez pensiyaya çıxa biləcək?
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq. Qeyd edək ki, son vaxtlar hətta Milli Məclisdə belə, pensiya yaşının, o cümlədən qadınların pensiya ilə bağlı yaş həddinin azaldılması müzakirə olunsa da, bu gün reallıq başqadır.

Məsələ ilə bağlı Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində qadınların pensiya yaşı kişilərə nisbətən aşağı olur və bunun da bir sıra səbəbləri var:
Evdə də işləyən ailəli qadınlar daha tez pensiyaya çıxa biləcək?


“Xüsusilə Avropa ölkələrində hesab edirlər ki, qadınların əmək fəaliyyətdi daha azaddır. Çünki qadın yalnız əmək fəaliyyəti ilə məşğul olmur, eyni zamanda, qadının mənzil şəraitində çalışma öhdəlikləri var. Avropada təxmini hesablama aparılmışdı ki, 2 uşaq böyüdən və ev təsərrüfatı ilə məşğul olan qadınlar üçün 40 il ərzində bu rəqəm 40 milyon dollar edir. Dünyada hesab edirlər ki, qadınlar kişilərdən daha çox işləyir, həm ev təsərrüfatı, həm uşaqların tərbiyəsi,onların geyim, ərzaq təminatı, mənzilin təmizliyi və s. kimi arqumentlər və Avropa bunu artıq qəbul edib. Eləcədə qadınlar həm evdarlıq, həm də peşə fəaliyyəti ilə məşğul olursa, bu zaman onların pensiya yaşı aşağı endirilir. Hətta Avropanın bəzi ölkələrində kişilərlə qadınların pensiya yaşı arasında 5-6 il fərq olur. Yəni qadınlar 5 il daha tez pensiyaya çıxa bilirlər. İnkişaf etmiş ölkələrdə bu kateqoriyalar həm də fərqlənir. Məsələn, bəzi xüsusi sahələrdə çalışan, həm də ev təsərrüfatı ilə məşğul olan, ailəli olan qadınlar hətta 10-15 il tez pensiyaya çıxa bilirlər. Pensiya sistemi də orda fərqli hesablanır. Faktiki rəsmi olaraq aldığı əməkhaqqı və evdarlıqla bağlı fiziki əməyin hesablanması şkalası var. Bu hesablama aparılır, həyata keçirilir. Bu baxımdan yüksək rəqəmlə və daha tez pensiyaya çıxa bilirlər”.

Ekpert bildirib ki, Azərbaycan və postsovet ölkələrində əsasən sovet dövründən qalan standart sistem tətbiq olunur:

“ Əvvəllər 2-3 yaş fərq var idi və indi həmin yaş səviyyəsini bərabərləşdirirlər.

Burada ədalət prinsipləri pozulur. Qeyd etdiyimiz məqamlar var ki, qadınlar həm də evdarlıqla məşğul olur, kifayət qədər fiziki əmək sərf edir, ağır şərtlər altında çalışırlar. Burada mənəvi məsuliyyət, psixoloji gərginlik və s. səbəblər var. Ona görə də qadınlarla kişilərin pensiyaya çıxma yaşını bərabərləşdirmək ilk növbədə ədalət prinsiplərinin pozulmasıdır. Təəssüf ki, bir neçə ildən sonra Azərbaycanda qadınlarla kişilərin pensiyaya çıxma yaşı bərabərləşəcək”,

Ekspertin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda gender prinspləri pozulur və ölkədə işləyən əhali arasında kişilər üstünlük təşkil edir:

“Qadınların iş tapması, işlə təminat məsələləri, digər mental prinsiplər var ki, qadınlar çalışa bilmirlər. Əgər qadınlar çalışa bilmirlərsə və onlar 65 yaşına qədər gözləyirlərsə ki, pensiya alacaqlar, burada qadınlar daha tez pensiyaya çıxmalıdırlar. Bəzən ailə başçısını itirməyə görə qadınlara verilən müavinət çox aşağı səviyyədə olur. Bu, bəlli bir müdddətə görə verilir. Ailə başçısını itirməyə görə verilən pensiya övladının 18 yaşına qədər böyütməsi üçün verilir və bu məbləğ çox azdır, cəmi 120 manat təşkil edir. Bundan sonra qadın ailə başçısını itirməyə görə pensiya almır. Sonra təxminən 20-25 il gözləyir ki, 65 yaşı tamam olacaq və həmin şəxsə pensiya təyin olunacaq. Həmin qadının pensiya kapitalı da olmur. Belə olan təqdirdə çox aşağı səviyyədə, 300 manatdan da az pensiya təyin olunur. Burada qadınların hüquqları daha çox pozulur. Qadınlarla kişilərin pensiya yaşının bərabərləşdirilməsi qadınlara qarşı böyük ədalətsizlikdir. Sosial prinsiplərin pozulması və dünyanın inkişaf etmiş ölkələrindəki pensiya sistemi ilə heç bir halda uyğun gəlmir və uzlaşmır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...