“Düşünürəm ki, xalqımız Tarif Şurasının qərarını anlayışla qarşılayacaq” - Musa Urud
Ötən gün Tarif Şurası tərəfindən verilən qərar- yanacağın qiymətinin, ictimai nəqliyyat və metroda gediş haqlarının qaldırılması sosial şəbəkələrdə insanlar tərəfindən birmənalı qarşılanmadı. Sadə insanların bir qismi hökuməti bu qərara görə tənqid etdi.
Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində belə bir qərarın verilməsi görəsən, seçki prosesinə necə təsir edəcək? Bir tərəfdən seçki elan edən hökumət digər tərəfdən bahalaşma qərarı elan edib xalqdan səs istəyir.
Bu qərarın nə dərəcə məntiqli olub-olmamasını YAP üzvü, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Musa Uruddan soruşduq.
Gununsesi.info-ya açıqlamasında Musa Urad deyib ki, Tarif Şurasının məlum qərarı müəyyən zərurətlərdən irəli gəlib: “Digər ölkələrlə müqayisədə nəqliyyat xərcləri bizdə ucuzdur. COP29 ilə bağlı bizim müəyyən öhdəliklərimiz var. Biz də digər dövlətlər kimi, ekoloji cəhətdən təmiz yanacağa keçməliyik. Dünya ölkələrinin bir çoxu yavaş-yavaş düzəldən və digər yanacaq növlərindən imtina edir. Düşünürəm ki, yanacağın, marşurut və metroda gediş haqlarının qaldırılması Azərbaycanda keçirləcək parlament seçkilərinə heç bir mənfi təsir etməyəcək. Biz dövlət, cəmiyyət və tarix qarşısında məsuliyyətimizi dərk edirik”.
Tarif Şurasının məlum qərarının parlament seçkilərinin gedişatına təsiri barədə suala münasibət bildirən deputat deyib: “Seçkidən sonra da qiymət artımı olsaydı, deyərdilər ki, seçkiyə qədər başımızı aldatdılar, sonra bu qərar verildi. Düşünürəm ki, xalqımız bu qərarı anlayışla qarşılayacaq. Radikal müxalifət bundan öz maraqları naminə istifadə edir. Danışmaq istəyən həmişə danışacaqdır. Sosial şəbəkələrdə qaldırılan hay-küyün arxasında müxalifət dayanır. Bunlar da hamısı keçib gedəcək”.
Dərmanların qiymətində də dəyişikliklərə gəlincə isə deputat bunları bildirib: “Bəzi dərmanların qiymətində də dəyişiklər var. Ancaq onların ucuzu da var. Biz dərmanı özümüz istehsal eləmirik. İstehsal olunan ölkələrdə qiymət qalxanda burda da məcbur olurlar qiyməti artırsınlar. Bunlar hamısı zərurətdən yaranır. Əminəm ki, verilən qərarların əhalinin ümumi həyat səviyyəsinə mənfi təsiri olmayacaq”.
213 dəfə oxundu