13 yaşlı türkiyəli qrosmeyster Karlseni 41 saniyədə mat etdi

13 yaşlı türkiyəli qrosmeyster Karlseni 41 saniyədə mat etdi
13 yaşlı türkiyəli qrosmeyster Yağız Kaan Erdoğmuş əksəriyyət tərəfindən şahmat tarixinin ən yaxşısı hesab olunan Maqnus Karlseni mat etməyi bacarıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Chess.com” platformasında “güllə” kateqoriyasında onlayn şəkildə baş tutan görüşdə Yağız Kaan Karlseni 41,2 saniyədə mat edib.
Qeyd olunur ki, Yağız Kaan və Karlsen daha əvvəl də bu platformada dəfələrlə üz-üzə gəliblər və ümumi hesabda Karlsenin üstünlüyü var.
Qeyd edək ki, Erdoğmuş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinə əsasən aktiv idmançılar arasında ən gənc qrosmeysterdir.
Erdoğmuş (12 yaş 9 ay 30 gün) dünya şahmat tarixinin ən gənc qrosmeysterləri siyahısında isə 4-cü yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...