“Aztelekom” 5 000 dəfə taksi çağıracaq – 46 min pul ayrılıb

“Aztelekom” 5 000 dəfə taksi çağıracaq –
Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC taksi xidməti ilə bağlı tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, “Aztelekom” ümumilkdə 5 000 ədəd taksi sifariş edəcək.
Qeyd edək ki, sifariş olunacaq taksilər üçün ödənilməsi nəzərdə tutulan vəsait (ehtimal olunan qiymət) 45 min 806 manat 77 qəpikdir. Bir ədəd taksi üçün orta hesabla 9,2 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, sifariş olunacaq taksilərin 400 ədədinin gediş məsafəsi 3 kilometrdən az, 1 600 ədədinin gediş məsafəsi 3 kilometrdən 10 kilometrədək, 1 200 ədədinin gediş məsafəsi 10 kilometrdən 20 kilometrədək, 600 ədədinin gediş məsafəsi isə 20 kilometrdən 50 kilometrədək olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...