Azərbaycan neftdən bir saniyədə nə qədər pul qazanır?

Azərbaycan neftdən bir saniyədə nə qədər pul qazanır?
Bu ilin ilk 8 ayı ərzində Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə 4 milyard 271,6 milyon dollar, Şahdəniz yatağı (qaz və kondensat) üzrə 364 milyon 465 min dollar gəlir əldə edib.

Gundeminfo.az açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, Fond 8 ay ərzində hər iki yataq üzrə cəmi 4 milyard 636 milyon 65 min dollar gəlir əldə edib.
Neft Fondunun bu il neft-qaz satışından əldə etdiyi gündəlik gəliri 19 milyon dollar, bir saatlıq gəliri 791 min 678 dollar, bir dəqiqəlik gəliri 13 min 195 dollar, bir saniyəlik gəliri isə 220 dollar olub.

Qeyd edək ki, ARDNF 2023-cü ilin 8 ayı ərzində AÇG yatağı üzrə 4 milyard 728 milyon dollar, Şahdəniz yatağı üzrə 1 milyard 183 milyon dollar gəlir əldə edib (cəmi 5 milyard 911 milyon dollar). yeniavaz.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...