Azərbaycan əsgəri şəhid oldu

Azərbaycan əsgəri şəhid oldu

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçu əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...