"Azərbaycanda kəskin respirator viruslar aşkarlanıb" - Səhiyyə Nazirliyi

 "Azərbaycanda kəskin respirator viruslar aşkarlanıb" -


“Azərbaycanda laborator müayinələr aparılır. Ölkədə kəskin respirator viruslar aşkar olunur. Amma indiyədək ölkədə “donuz qripi” aşkarlanmayıb”.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O, qonşu ölkələrdə “donuz qripi” aşkarlanmasına baxmayaraq, Azərbaycanda bu virusa rast gəlinməməsinin səbəbini izah edərkən bildirib ki, bunun üçün labortator təsdiq lazımdır, laborator təsdiq yoxdursa, deməli “donuz qripi” aşkarlanmayıb.

Direktor müavininin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: “Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma “donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...