SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib VİDEO

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib


Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçirilən konfrans, dəyirmi masa və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, hasilatda yeni texnologiyalardan istifadə, maliyyə və insan kapitalı məsələləri müzakirə olunub.

Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 5 ildir ki, Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanı bir daha tanıtmaq, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub.

Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.Qeyd edək ki, neft həftəsi çərçivəsində MDB və Afrika ölkələrinin neft-qaz sektoru, enerji balansında təbii qazın rolu ilə bağlı konfranslar keçirilib. Eyni zamanda, Yaxın Şərqin iqtisadi inkişaf strategiyası, İraq və İran üçün imkanlar, Çinin enerji tələbatı, Latın Amerikasının qaz ehtiyatlarının artım potensialı və s. mövzular dəyirmi masalarda müzakirə olunur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...