Bakıda tapılan uşağın anası tərəfindən küçəyə atıldığı məlum olub - RƏSMİ

Bakıda tapılan uşağın anası tərəfindən küçəyə atıldığı məlum olub -


Daxili İşlər Nazirliyi Bakıda küçədə tapılan azyaşlı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında Xətai rayonu ərazisində tapılan azyaşlı oğlan uşağı olub və onun 2 yaşı var: “Küçədə tapılan uşaq sakinlər tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalar zamanı tapılan uşağın 2014-cü il təvəllüdlü Yusif Tofiq oğlu Məmmədov olması müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində uşağın anası İlhamə Məmmədova polisə dəvət olunub. Polis əməkdaşlarının uşağın anası ilə apardığı profilaktik söhbət əsnasında məlum olub ki, o azyaşlını özü bilərəkdən küçəyə atıb. İmtina etməsinə səbəb kimi isə o uşağa baxa bilmədiyini göstərib. Məhz bu səbəbdən də o uşağı küçəyə buraxıb və hansısa imkanlı bir adamın onu taparaq aparmasını, uşağa sahib çıxmasını istəyib”.

O. Mansurzadə bildirib ki, küçədən uşağın tapılması barədə sosial şəbəkələrdə məlumat yayılandan dərhal sonra bir neçə nəfə polisə ərizə ilə müraciət edərək həmin uşağı himayəsinə götürmək istəyib. Polis əməkdaşları həmin şəxslərə bu proseduran qaydalarını izah edərək onları aidiyyəti qurumlara müraciət etmələri barədə xəbərdarlıq edib. Sonradan uşağın anası İlhamə Məmmədova qərarını dəyişib və övladına sahib çıxacağını bildirərək uşağı özü ilə aparıb”.

O. Mansurzadə həmçinin qeyd edib ki, araşdırmalar zamanı o da məlum olub ki, İ. Məmmədovanın bundan başqa daha bir övladı var və 7 yaşlı həmin uşaq hazırda Bakı şəhərindəki internat məktəblərindən birində saxlanılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında sosial şəbəkələrdə Bakının Xətai rayonu ərazisində, “Qara Şəhər” adlanan yerdə küçədən ağlayan qızın tapılması barədə məlumatlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...