Məktəb direktorunun evindən 28 min dollar oğurlandı Lənkəranda

Məktəb direktorunun evindən 28 min dollar oğurlandı

Lənkəran rayonunun Xolmili kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb. “Report”un xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən sayta faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...