26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi - Tərtərdə

26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi -


Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Təhsil şöbəsi Heydər Əliyev Mərkəzi ilə birgə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi üçün hazırlanmış əl işlərindən ibarət sərgiyə baxmışlar. Sonra tədbir “dəyirmi masa” arxasında davam etdirilmişdir.

Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ülviyyə Qəmbərova, müəllimlərdən Nurlan Mahmudova, Aynur Eyyubova çıxış edərək işğalçı erməni quldurlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə birgə törətdikləri qətliamdan danışmışlar. Onlar qocalara, uşaqlara, qadınlara-Xocalının dinc sakinlərinə qarşı xüsusi amansızlıqla törədilmiş bu soyqırımı müharibənin ən dəhşətli mərhələsi adlandırmışlar. Qeyd olunmuşdur ki, Xocalı soyqırımı adi cinayət deyil, gələcək nəsillər bu faciəni unutmamalı, erməni quldurlarının millətimizə qarşı etdikləri vəhşilikləri yaddan çıxarmamalı, günahsız qurbanların intiqamını almalıdırlar.

Tədbirin sonunda “Xoca” filmi nümayiş etdirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak etmişdir.


26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi -
26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi -
26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi -
26 fevral-Xocalı soyqırımı qurbanları yad edildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...