“Maliyyə nazirinin barəsində kompromat Moskvanın sifarişidir”

“Maliyyə nazirinin barəsində kompromat Moskvanın sifarişidir”


"Keçmiş DTK əməkdaşı Yuri Şvetsin Azərbaycanın maliyyə naziri və xarici işlər nazirinin müavini barəsində sensasion “ifşaedici fikirlər”i sifarişli kompromatdır. Məqsəd Moskvanı qane etməyən bu və ya digər səbəblərdən iki yüksək vəzifəli dövlət məmurunu aradan götürmək və ya gözdən salmaqdır"

Bu fikri ekspert Ərəstun Oruclu Turan-a müsahibəsində Şvetsin “Qordon” nəşrində yazısını şərh edərkən deyib. Belə ki, Şvets bildirir ki, maliyyə naziri Samir Şərifov və XİN rəhbərinin müavini Xələf Xələfov xarici kəşfiyyat agentləridir. “Bütün bunlar çox kobud şəkildə hazırlanıb, hətta keçmiş dövlət təhlükəsizliyi işçisi kimi deyə bilərəm ki, həm də savadsız hazırlanıb. Heç bir ciddi analitik müsahibədə deyildiyi kimi Şərifovun və Xələfovun Moskva, Amerika və Türkiyə tərəfindən ələ alınması barədə faktları həqiqət kimi qəbul etməz”, - Ə.Oruclu qeyd edib.

Bu cür ittihamlar irəli sürən müəllif faktları təqdim etmir. Bundan əlavə, nədən bu haqda məhz indi danışılır, motivlər nədir? Bu suallara cavab yoxdur. Ə.Oruclu hesab edir ki, belə kompromatın ortaya atılması S.Şərifovun daha yüksək vəzifəyə təyin edilməsi mümkünlüyü ilə bağlı ola bilər.

“Nəzərə alsaq ki, Şvets məhz DTK-nın adından danışır, informasiyanın Moskvadan qaynaqlandığını düşünməyə hər cür əsas var. Bu, Moskvaya niyə lazımdır? Cavab birdir: Azərbaycanın daxili siyasətinə təzyiq göstərmək, iki arzuolunmaz və yüksək vəzifəli şəxsin vəzifədən çıxarılmasına və onların yerinə Moskvaya meylli şəxslərin təyin edilməsinə nail olmaq”, - Ə.Oruclu bildirib.

Bu məlumatın mənbəyi barədə sualın cavabında ekspert deyib ki, bu, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin işi ola bilər. Bu qurumun keçmiş rəhbərliyi Moskva ilə sıx münasibətlərdə olub və belə məlumatların oradan gəldiyi istisna olunmur. “Demək olar ki, MTN rəhbərliyində təmsil olunanların hamısı ağır cinayətlərə görə həbsə alınıb və ya işdən kənarlaşdırılıb. Onlar üçün bu cür məlumat sızdırmaq çox asandır. Bununla da ölkə rəhbərliyindən qisas almaq istəyirlər”, - Ə.Oruclu hesab edir.

“Əminəm ki, bu cür “ifşaedici məlumatlar” yenə ortaya atılacaq. Keçmiş MTN rəhbərliyi həbs edilməyənə qədər bu, davam edəcək”, - Ə.Oruclu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...