Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə "APA-Economics"ə nazirliyin mətbuat xidmətindən xəbər verilib.

Məlumatda deyilir ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən QHT-dən illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...