Bakı-Sumqayıt qatarında təhlükəsizlik gücləndirildi

Bakı-Sumqayıt qatarında təhlükəsizlik gücləndirildi


Bakı-Sumqayıt qatarında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Sərnişin sıxlığını nəzərə alaraq “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə AzVision.az-a məlumata verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qatar hərəkətdə olndavə stansiyalarda da qatarların hərəkətinə güclü nəzarət olunur:

“Bundan əlavə yol boyu mühafizə dəstəsi var ki, onlar da müəyyən yerlərdə postlar qurularaq qatarın hərəkətini müşahidə edirlər. Qatar daxilində isə müşahidə kameraları var. Qatara minənləri-düşənlərin hamısını qeydə alır. Təhlükəsizlik baxımından bəzi məqamları açıqlamırıq. Həmin kameralar vasitəsilə müşahidə aparılır”.

Hazırda körpülərdə,stansiyalarda mühafizənin gücləndirilidiyini deyən Nadir Əzməmmədovun sözlərinə görə, qatara nəzarət edən hüquq-mühafizə orqanlarına xüsusi yoxlayıcı aparatların verilməsinə də baxıla bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...