Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi - FOTOLAR

Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -


4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlu bu gün böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırıldı.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.


Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi və bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı.


Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -
Biləsuvarlılar daha bir şəhidini ana torpağa əmanət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 178 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...