Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər FOTOLAR

Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər


Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər

Aprel ayının 5-də Səbail Rayon İcra Hakimiyyətində rayonun fəalları, ictimaiyyət nümayəndələri və rayon sakinlərinin iştirakı ilə son günlərdə təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına olaraq əzəmətli tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin əvvəlində erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan bir sıra mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu qeyd etmişdir. Bu Azərbaycan Ordusunun böyük qələbəsidir.
Eldar Əzizov bildirmişdir ki, Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Onun yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Qarabağ müharibəsi veteranı İlham Əliyev, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, gənclər adından Faiq Qurbanov və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Məmmədzadə, 51 saylı məktəbin direktoru Lətafət Səmədova və başqaları bidiriblər ki, bu gün insanlar arasında əhval ruhiyyə yüksək səviyyədədir. Azərbaycanın haqlı mövqeyi dünya birliyi səviyyəsində dəstəklənir və bu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsidir. Çıxışçılar dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə etmiş, lazım olarsa Ali Baş Komandanın çağırışı ilə düşmənlə döyüşə atılacaqlarını bildirmişlər.

Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikaının Prezidentinə müraciət qəbul olunmuşdur.


Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər
Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər
Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər
Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər
Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər
Səbaillilər Prezidentin siyasətini dəstəklədiklərini bəyan etmişlər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...