Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,47 dollar yaxud 3,74% ucuzlaşıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,64 dollar olub. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 66,14 dollar/barel olub. Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...