Küçədə gecələyən azyaşlı hamilə qız sığınacağa göndərildi

Küçədə gecələyən azyaşlı hamilə qız sığınacağa göndərildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən küçədə aşkarlanan 17 yaşlı 5 aylıq hamilə qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.
Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, 11 yaşından küçədə yaşayan qadın təsadüfi tanışlıq nəticəsində hamilə qalıb: “Azyaşlı ilə intim münasibət quran şəxsin müəyyənləşdirilməsi mümkün olmayıb. Qadın körpə vaxtı anası tərəfindən başqa ailəyə verilib. Həmin ailədə ilk dəfə 5 yaşında təcavüzə məruz qalıb. Lakin hadisə gizlədilib. Anası da qızı qəbul etmədiyindən 11 yaşından küçədə gecələyib. Müəyyən olunub ki, qız 11 yaşından indiyədək bir neçə dəfə təcavüzə məruz qalıb. Sonuncu dəfə rus kilsəsində işə girib. Lakin axşamlar yenidən küçədə gecələyib”.

Hazırda qadına psixoloji və hüquqi yardım göstərilir. Ona təcavüz edən şəxslər müəyyən edilərsə, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

M.Zeynalova onu da dedi ki, zorakılıq və cinsi istismar hadisələri son günlər artıb. Lakin hadisənin gizlədilməsi və ya gec müraciət edilməsi cavabdeh şəxsin cinayətini sübut etməyə çətinlik törədir: “Zorlama hadisəsini müəyyən dövrdən sonra sübut etmək çətinləşir. Zorlanma hadisəsi ilə qarşılaşan qadınlar mütləq dərhal polisə müraciət etməli, bunu təsdiqləyən tibbi arayış almalıdırlar. Ümumiyyətlə, cəmiyyətdə baş verən hadisələr, aqressiya, ailə ənənələrinin dağılması zorakılıq faktlarının artmasına səbəb olur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...