Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib FOTOLAR

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib

Rusiya Federasiyasının Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə həyata keçirilmiş bir sıra tədbirlərin yekunu olaraq cari ilin 10 may tarixində tədbir təşkil olunub.

Mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, "Həştərxan şəhər" bələdiyyəsinin administrasiya rəhbəri Oleq Polumordvinov, Həştərxanın Kirov rayonunun başçısı İqor Redkin, Həştərxan şəhəri Administrasiyasının idarə rəisi İrina Kazantseva-Ivanova, Şəhər Dumasının deputatı Əli Ömərov, Həştərxanın fəxri vətəndaşı Ədalət Hüseynov, Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova, məktəbin müəllim və məktəb tələbələri, Azərbaycan diasporunun nümayəndələri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.

İlk növbədə iştirakçılar Ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər.

Daha sonra mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.


Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...