Biz yazdıq vətəndaşın problemi həllini tapacaq "Azəryolservis"dən açıqlama gəldi
GUNDEMİNFO.AZ-ın dünənki yayımında Ucar rayon sakini Gültəkin Cəbrayılovanın şikayət məktubu yayımlanmışdı. Həmin məktubda qeyd etmişdik ki, Ucar sakini Kürdəmir-Ucar-Yevlax-Tərtər magistral yolunun inşası ilə əlaqədar olaraq vətəndaşa məxsus təmir sexinin yolu bağlanıb. Konpensasiya ala bilməyən vətəndaş öz narazılığını bildirirdi. Bu gün GUNDEMİNFO.AZ-ın redaksiyasına «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin adından təkzib məktubu daxil olub. Qurum rəsmisi vətəndaşın şikayəti ilə bağlı aşağıdakıları bildirir:
- Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən sizin redaksiyanıza daxil olan və sizin tərəfinizdən qarşı tərəfin, yəni Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mövqeyi öyrənilmədən dər olunan məqaləyə cavab olaraq bildirmək istəyirəm ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun tikintisi layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu üzdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin baxmayaraq ki, sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşir, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq.
1 212 dəfə oxundu