Avropa Oyunları üçün pul nişanları buraxıldı

Avropa Oyunları üçün pul nişanları buraxıldı

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk Avropa Oyunlarının tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxıb. AzVision.az xəbər verir ki, bankdan verilən məlumata görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.

Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks edilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.

Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...